Suriya Rusiya ilə razılaşdı

Suriya və Rusiya 850 milyon avroluq infrastruktur razılaşması imzalayıb.

Suriya Rusiya ilə razılaşdı

Suriya və Rusiya 850 milyon avroluq infrastruktur razılaşması imzalayıb.

Suriyanın baş naziri Vail Nadir Halki  Rusiyanın ölkəsinin savaşlardan dolayı zərərə uğrayan  infrastrukturunun yenilənməsinə maraq göstərdiyini, bu çərçivədə bir çox müqavilə imzalandığını bildirib.

Halki Rusiyanın “Ria-Novosti” xəbər agentliyinə verdiyi açıqlamada bunlarıın 600 və 250 milyon avroluq iki razılaşma olduğunu deyib.

Suriyanın baş naziri Rusiyanın enerji şirkəti "İnter Rao" ilə elektrik stansiyasının tikintisi üçün lazımi maliyyənin təmin edilməsi istiqamətində danışıqlarda son mərhələyə gəlindiyini qeyd edib. Kənd təsərrüfatı və enerji sahələrindəki layihələr üçün Rusiyadan maliyyə yardımı gözlədiklərini deyən baş nazir V. N. Halki rus firmalarını enerji, neft emalı və neft quyularının axtarışı layihələrinə qoşulmağa dəvət edib.

 



Әlaqәli Xәbәrlәr