Riyad Hicab, BMT-nin Suriya üzrǝ xüsusi nümayəndəsi Staffan də Misturanı sərt dillə tənqid edib

Suriyalı müxalif qruplar tǝrǝfindǝn yaradılan Müzakirə Yüksək Komitəsinin Başçısı Riyad Hicab, BMT-nin Suriya üzrǝ xüsusi nümayəndəsi Staffan də Misturanı sərt dillə tənqid edib.

476901
Riyad Hicab, BMT-nin Suriya üzrǝ xüsusi nümayəndəsi Staffan də Misturanı sərt dillə tənqid edib

Riyad Hicab, Almaniya Kansleri Angela Merkelin Gaziantǝpǝ sǝfǝri zamanı Suriyalı miqrantların yerlǝşdirildiklǝri Nizip düşǝrqǝsindǝ jurnalistlərə verdiyi açıqlamada, rejimin avia hücumlarından başqa, mərhəmətsiz mühasirə və işgəncə nəticəsində həyatını itirən Suriyalıların xaritǝsinǝ hörmǝt mǝqsǝdiylǝ Cenevrə keçirilǝn Suriya danışıqlarını təxirə saldıqlarını bildirib.

Misturanın 2 il əvvəl BMT-nın Suriya üzrǝ xüsusi nümayəndəsi tǝyin edildiyinǝ  diqqəti çəkən Hicab, “Bu iki il ǝrzindǝ Suriyada ölümlər, mühasirə altına alınan bölgələr və şəhərlərin sayı artarkǝn, Mistura və onun qrupu harada idi” deyib.

Bütün Suriyalılar adından Türkiyə xalqına, hökumətinə və prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını çatdıran Hicab, Almaniya kansleri Angela Merkelə də Avropanın miqrantları qǝbul etmǝkdǝn qorxduğu bir dövrdə Suriyalıları Frankfurt və Münhendǝ, qatar və avtobus stansiyalarında qonaq olaraq qarşılaması səbəbiylə təşəkkürlərini bildirib.



Әlaqәli Xәbәrlәr