Rusiya İrana S-300 mərmi müdafiə sisteminin ilk nəqlini reallaşdırıb

Rusiya Baş nazirinin müavini Dmitriy Rogozin İrana S-300 hava müdafiə sistemlərinin daşınmasının bu ilin sonuna qədər tamamlanacağını söyləyib.

469160
Rusiya İrana S-300 mərmi müdafiə sisteminin ilk nəqlini reallaşdırıb

Rusiya Baş nazirinin müavini Dmitriy Rogozin İrana S-300 hava müdafiə sistemlərinin daşınmasının bu ilin sonuna qədər tamamlanacağını söyləyib.

Rusiyanın "Exo Moskvı" radiosuna müsahibə verən Rogozin Rusiyanın İrana S-300 sistemlərinin ilk partiyasını göndərdiyini, iki ölkə arasında imzalanan razılaşmaya uyğun olaraq prosesin 2016-cı ilin sonuna qədər yekunlaşacağını bildirib.

İranın Xarici İşlər Nazirliyindən verilən məlumatda da Rusiya ilə İran arasında S-300 mərmi müdafiə sistemlərinin nəqli ilə bağlı razılaşmanın ilk mərhələsinin həyata keçirildiyi bildirilib. Rusiyanın İrana neçə raket göndərdiyi barədə isə məlumat verilmir.

Qeyd edək ki, S-300 mərmi müdafiə sistemini satın almaq üçün Rusiya ilə 900 milyon dollarlıq müqavilə imzalanıb.

Tehran və Moskva İsrail, Amerika Birləşmiş Ştatları və Səudiyyə Ərəbistanının qarşı çıxdığı müqaviləni 2007-ci ildə imzalayıblar. Lakin nüvə proqramı səbəbindən İrana tətbiq olunan sanksiyalara görə mərminin nəqli mümkün olmamışdı. Sanksiyalar ötən il aradan qaldırıldıqdan sonra razılaşmanın tətbiq olunmasının qarşısını kəsən maneələr də aradan götürüldü.

S-300 Rusiyanın ən inkişaf etmiş mərmi müdafiə sistemidir və kilometrlərlə kənardakı reaktivləri və digər raketləri vurmaq gücünə malikdir.



Әlaqәli Xәbәrlәr