Mahmud Abbas Moskvaya gedir

Fələstin Dövlət Başçısı Mahmud Abbas, 17 Apreldə Moskvaya rǝsmi sǝfǝrǝ gedǝcǝk

465779
Mahmud Abbas Moskvaya gedir

Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofalın mǝlumatına görǝ Mahmud Abbas, Yaxın Şərq böhranı ilə bağlı beynəlxalq bir konfransın təşkil edilmǝsini istǝyǝn Fransanın təklifinin müzakirǝ edilǝcǝyi Paris sǝfǝrindǝn sonra Moskvaya keçəcək.

Nofal hǝmçinin bildirib ki, Mahmud Abbas Moskvaya sǝfǝri çǝrçivǝsindǝ Putinlə bir araya gǝlǝrǝk İsrail-Fələstin sülh danışıqlarının yenidən başladılmasını təklif edən Fransanın planı və Rusiyanın bu mövzu ilǝ bağlı atacağı addım müzakirǝ edilǝcǝk.

Fransa xarici işlər naziri Laurent Fabius, İsrail-Fələstin sülh danışıqlarının yenidən başladılması üçün beynəlxalq konfrans təşkil təklif etmişdi. Bu danışıqların bir nəticə verməməsi halında Parisin Fələstini dövlət olaraq tanıya biləcəyini söyləmişdi. Ancaq İsrail, Fransanın bu planını qǝbul etmǝmişdi.



Әlaqәli Xәbәrlәr