Əbu Firaz məhv edilib

Suriyada “Cəbhət ən Nüsrə” qruplaşmasının liderlərindən Əbu Firaz məhv edilib.

463925
Əbu Firaz məhv edilib

Suriya İnsan Haqqları Müşahidǝ mǝrkǝzinin mǝlumatına görə “Suriyalı" ləqəbli Əbu Firaz İdlib vilayətində havazərbəsi nəticəsində öldürülüb.

Onunla birgə azı 20 terrorçunun məhv edildiyi bildirilir. Hava zərbələrinin Suriya və yaxud Rusiya hərbi təyyarələri tərəfindən endirildiyi qeyd olunur. Məlumata əsasən, Əbu Firaz “Əl Qaidə"nin Suriyadakıdakı qolu sayılan “Cəbhət ən Nüsrə" qruplaşmasının “mətbuat katibi" olub.

Xatırladaq ki, bundan əvvəl İraqda ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya tərəfindən DEAŞ-in raket qurğuları üzrə aparıcı mütəxəssisi məhv edilib.

Qeyd edǝk ki, Suriyada müxaliflər və Əsəd rejimi arasında ötǝn ay imzalanan atəşkəs razılaşması hələ qüvvədədir. Ancaq bu razılaşma Cəbhət ən Nüsrə və DEAŞ-ı ǝhatǝ etmir.



Әlaqәli Xәbәrlәr