Sincar və Anbar DEAŞ-dan təmizləndi

Sincar DEAŞ terrorçularının Suriyaya ana keçid nöqtələrindən biri idi

458526
Sincar və Anbar DEAŞ-dan təmizləndi

İraqda Mosulu terror təşkilatı DEAŞ-dan (İŞİD-dən) qurtarma əməliyyatında Suriya sərhədindəki Sincar da azad edilib.

İraq ordusundan verilən məlumata görə, Sincar bölgəsindəki sərhəd sahəsi DEAŞ-dan geri alınıb. Yezidi və tayfa birliklərinin bölgədə nəzarəti təmin edilib. Qeyd edək ki, Sincar DEAŞ terrorçularının Suriyaya ana keçid nöqtələrindən biri idi.

İraqın qərbindəki Anbarda isə Kubeysi qəsəbəsi tamamilə DEAŞ-dan təmizlənib və rəsmi binalara İraq bayraqları asılıb.

Anbar Bölgə Məclisi Təhlükəsizlik Komitəsinin üzvü Raci Afyan deyib ki, “İraq ordusu DEAŞ-ın qəsəbədə qalan bütün hücrələrini yox edib. Daxil çıxışlar, rəsmi bina və bəzi evlər partlayıcı və minalardan təmizlənib".



Әlaqәli Xәbәrlәr