Türkiyə turizmində Novruz bərəkəti!

Novruz bayramı ilə əlaqədar 3 il əvvəl başlayan xüsusi təyyarə uçuşları səbəbilə İranın 5 şəhərindən turist səfərləri başlayıb.

457396
Türkiyə turizmində Novruz bərəkəti!

Novruz bayramı turizmə bərəkət gətirib.

Novruz bayramı ilə əlaqədar 3 il əvvəl başlayan xüsusi təyyarə uçuşları səbəbilə İranın 5 şəhərindən turist səfərləri başlayıb.

İsparta Süleyman Dəmirəl Hava limanı rəhbəri İlhan Demir qeyd edib ki, 20 günlük uçuşlarda hər gün üçün 10-12 turist səfəri baş tutacaq. Bu təxminən 50 min turistə bərabərdir.

Turistlərin İspartanı seçməsinin səbəbi isə gediş- gəlişlərin asan olmasıdır.

İrandan gələnlər hava limanından avtobuslarla ətraf şəhərlərə də gedirlər.

Novruz bayramı səbəbilə gələn turistlər ölkədə ən az bir həftə qalırlar.

İran - İsparta arası təyyarə səfərləri 3 aprelə qədər davam edəcək.



Әlaqәli Xәbәrlәr