Zərif İstanbulda ǝhǝmiyyǝtli görüşlǝr keçirib

Terror hücumunun gündəmdə olduğu zaman İstanbulda dünən əhəmiyyətli görüş keçirilib.

454434
Zərif İstanbulda ǝhǝmiyyǝtli görüşlǝr keçirib

İlk olaraq xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə görüşən İranın Xarici İşlər naziri Cavad Zərif daha sonra prezident Rəcəb Təyyub Ərdoğan və Baş nazir Əhməd Davudoğlu tərəfindən qəbul edilib.

Danışıqların gündəliyində başda Suriya olmaqla regional inkişaf və ikitərəfli iqtisadi əlaqələr yer alıb.

Xarici işlər naziri Çavuşoğlu, İranlı həmkarı Zəriflə keçiridiyi mətbuat konfransında Suriya ilə iqtisadi əlaqələrə də toxunub.

Türkiyənin İranla ticarət dövriyyəsini 30 milyard dollara çıxarmağı planlaşdıran Çavuşoğlu, iki ölkə arasında turizmi əməkdaşlığı nəticəsində Türkiyəyə ildə təxminən 1.7 milyon İranlı turistin gəldiyini də söyləyib.

İraq və Suriyanın ərazi bütövlüyünü pozacaq bütün hərəkətlərə qarşı olduqlarını bildirən Cavad Zərif, Suriyanın gələcəyini Suriya xalqına verməyin lazım olduğunu söyləyib.

Çavuşoğlu da, region ölkəsi olaraq İranın iştirakı olmadan Suriya məsələsinin həll olunmayacağını ancaq, Türkiyənin İrandan fərqli olaraq Əsəd mövzusunda mövqeyinin dəqiq olduğunu, bundan da geriyə addım atılmayacağını qeyd edib.



Әlaqәli Xәbәrlәr