Rusiya döyüş təyyarələrinin yarısı geri qayıdıb

Amma Hmeimimlə yanaşı Tartus bazasında əsgər saxlamağa davam edəcək

452878
Rusiya döyüş təyyarələrinin yarısı geri qayıdıb

Rusiya Hava Qüvvələri komandanı general Viktor Bondarev Suriyadan çəkilmə əməliyyatının həftə içində tamamlanacağını söyləyib. O, Rusiya mətbuatında yayınlanan müsahibəsində döyüş təyyarələrilə yanaşı, vertolyotları da yük təyyarələrinə yükləyərək geri gətirəcəklərini bildirib, amma say barədə məlumat verməyib.

Qərbli mütəxəssislər Lazkiyedəki Hmeimim hərbi bazasındakı döyüş təyyarələrinin yarıya yaxınının Rusiyaya geri qaytarıldığını söyləyir.

Bütün bunlarla belə, Rusiya Hmeimimlə yanaşı Tartus bazasında da əsgər saxlamağa davam edəcək.

Amerikalı və ingiltərəli səlahiyyətlilər geri çəkilmədən tam razı qalmadıqlarını bildiriblər.



Әlaqәli Xәbәrlәr