İran xalqı eyni anda iki seçkilərə gedir

78 milyon əhalisi olan ölkədə 290 yerlik parlament seçkiləri ilə yanaşı, vəzifədən getdiyi halda ruhani lider Ayətullah Əli Xameneyinin xələfini təyin edəcək olan Ekspertlər Məclisi üçün seçkiləri keçirilir.

439760
İran xalqı eyni anda iki seçkilərə gedir

Parlament seçkilərində 6 min 300 namizəd yarışır.

Mühafizəkarlar və islahatçılar baxımından son dərəcə böyük bir rəqabət içindədirlər.

Seçkilər İranın Qərb ilə münasibətlərində "bahar havası"nın əsdiyi bir vaxtda keçirilir.

Həsən Ruhaninin apardığı iki illik danışıqlardan sonra nüvə müqaviləsinin imzalanması islahatçıların ölkədəki nüfuzunu yüksəltdi.

88 üzvlü Ekspertlər Məclisinin yeni üzvləri dini lider Ayətullah Xameneyinin xələfini təyin edəcəklər.

Buna görə də, İslahatçılar və mühafizəkarlar Ekspertlər Məclisi üçün də yarışır.

İslahatçıların bu seçkidəki iki mühüm namizədi vardır. Bunlar ölkənin hazırkı prezidenti Həsən Ruhani və keçmiş prezident Haşimi Rəfsəncanidir.

Mühafizəkarlardan isə Ayətullah Cənnəti və Ayətullah Misbah Yezdi Ekspertlər Məclisinin ən mühüm namizədləri arasındadırlar.



Әlaqәli Xәbәrlәr