Türkiyǝ tarixi mǝscidin yandırılmasını qınayıb

Türkiyə, Cənubi Kıbrıs Rum tǝrǝfindǝ yerlǝşǝn Denya bölgəsindəki tarixi məscidin yandırılması hadisǝsini pisləyib.

437871
Türkiyǝ tarixi mǝscidin yandırılmasını qınayıb

Türkiyə, Cənubi Kıbrıs Rum tǝrǝfindǝ yerlǝşǝn Denya bölgəsindəki tarixi məscidin yandırılması hadisǝsini pisləyib.

Xarici işlər Nazirliyinin açıqlamasında bildirilib ki, Kıbrıs adasında yerləşən, mədəniyyǝt və tarixi baxımdan qorunması lazım olan vǝ mǝdǝniyyǝt irsi xüsusiyyətinǝ malik Denya məscidinin 21 fevral bazar günü sǝhǝr saatlarında yandırılmasından dǝrin kǝdǝr duyur, bu hadisǝni sǝrt şǝkildǝ qınayırıq.

2013-ci ilin yanvar ayında da hücuma məruz qalmış və nǝticǝdǝ Mədəniyyǝt İrs Texniki Komitənin fəaliyyətlǝri ilǝ bərpa edilmiş məscidin ikinci dəfə belǝ bir hücuma məruz qalmasının tǝǝccüblǝndirici hal olduğu qeyd edilən açıqlamada vurğulanıb ki, Kıbrısta əhatəli həllə yönəlmiş prosesin yekun mərhələsinə doğru irəlilədiyi bir dövrdə, mövcud müsbət atmosferin bu cür hücumlardan mǝnfi tǝsirlǝnmǝsinǝ yol verilməməlidir.

Açıqlamada Türkiyənin Şimali Kıbrıs Türk Cümhuriyyǝti prezidenti Mustafa Akıncının, hadisənin günahkarlarının yaxın zamanda tapılıb cəzalandırılmasına dair çağırışına şǝrik olunduğu qeyd edilib.

“Bu çərçivədə 15 noyabr 2015-ci il tarixində törǝdilǝn Kıbrıslı Türklərə qarşı hücumlar da daxil, iki xalq arasında etimad duyğularını zədələyən bu cür hadisələrin təkrar etməsinin qarşısının alınması üçün vacib addımların atılmasını, məsələnin lazım olan ciddilik və həssaslıqla təqib edilməsini gözləyirik" deyǝ açıqlamada vurğulanıb.



Әlaqәli Xәbәrlәr