Rusiyanın hava hücumlarında 25 dinc sakin ölüb

Rusiyanın Suriyada müxaliflǝrin DEAŞ ilǝ olan cǝbhǝ xǝttlǝrinǝ havadan etdiyi hücumlarında 25 dinc sakin hǝyatını itirib.

398785
Rusiyanın hava hücumlarında 25 dinc sakin ölüb

Rusiyanın Suriyada müxaliflǝrin DEAŞ ilǝ olan cǝbhǝ xǝttlǝrinǝ havadan etdiyi hücumlarında 25 dinc sakin hǝyatını itirib.
Ruslara mǝxsus döyüş tǝyyarǝlǝri Hǝlǝbin şimalındakı iki yaşayış mǝntǝqǝsinǝ yardım daşıyan maşınlara havadan etdiyi hücumları nǝticǝsindǝ 25 nǝfǝr ölüb, 10 maşın yanıb.
Hǝlǝb şǝhǝrinin İhris ilǝ Kafr Nasih yaşayış mǝntǝqǝlǝrindǝki mülki müdafiǝ ǝmǝkdaşlarının verdiyi mǝlumata ǝsasǝn, hava hücumlarında yaralananlar Azǝz ilǝ Tel Rıfat qǝsǝbǝsindǝki sǝhra xǝstǝxanalarına yerlǝşdiriliblǝr, vǝziyyǝti ağır olan bǝzi yaralılar isǝ Türkiyǝdǝki xǝstǝxanalara yerlǝşdirilib.
Digǝr tǝrǝfdǝn Hǝlǝb şǝhǝrinin şimalındakı yerli koordinasiya komitǝsinin üzvü Mustafa Әbu Raşid Anadolu xǝbǝr agentliyinin müxbirinǝ verdiyi açıqlamada bildirib ki, rus ordusuna mǝxsus döyüş tǝyyarǝlǝri Hǝlǝb şǝhǝrinin şimalındakı İhris, Cariz, Kafra vǝ Kafr Nasih mǝntǝqǝsindǝ müxalifǝtin DEAŞ ilǝ olan cǝbhǝ xǝttlǝrinǝ hücum etdi vǝ rusların hücumları nǝticǝsindǝ bǝzi silahlı müxaliflǝr hǝlak oldu. Rusların hava dǝstǝyinǝ baxmayaraq müxalifǝt şǝhǝrin şimalındakı Cariz kǝndinǝ nǝzarǝti DEAŞ-dan geri alıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr