İtaliya və Azərbaycan əlaqələri genişləndirir

Romada İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimat mərasimi keçirilib.

396824
İtaliya və Azərbaycan əlaqələri genişləndirir

Məqsəd hər iki ölkə arasında mədəniyyət və idman başda olmaqla bir çox sahələrdə işbirliyini artırmaqdır.
Paytaxt Romada baş nazirlik sarayının yaxınlığındakı tarixi “Ferrajoli”sarayında keçirilən tanıtım mərasimi iş, sənət, siyasət, diplomatiya sahəsində çalışanları bir araya gətirib.
Cǝmiyyǝtin yaradıcısı və eyni zamanda uzun illərdir İtaliyada müxtəlif media təşkilatlarının təmsilçisi türkiyəli jurnalist Dündar Keşaplı, “Təcrübələrimi xüsusilə gənc idmançı, müxbir və digər insanlarla bölüşmək, onları İtaliya idmanı, sənəti, mədəniyyəti ilə tanış edərək, əlaqələri daha da gücləndirməyin vacib olduğunu düşünürəm”deyib.
Cǝmiyyǝt başçısının müavini azərbaycanlı iş adamı Rəşad Qurbanov da,“Ümid edirəm ki, əlaqələrimiz daha da inkişaf edəcək. Azərbaycanlılar da özünü bura daha yaxın hiss edəcək. Mentalitet baxımından yaxınıq, lakin iş baxımından əlaqələrin daha geniş sahələrdə olması hər iki xalqa daha çox avantajlar gətirəcək” deyib.
Aprel ayında yaradılan cǝmiyyǝtin Azərbaycanda tǝqdimatı isə may ayında Bakida təşkil olunmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr