Terrorçu təşkilatların Suriyanı yönətmələrinə izn verilməyəcək

ABŞ Dövlət katibi Con Keri (John Kerry) Suriyanın gələcəyinə Suriya xalqının qərar verəcəyini, siyasi prosesin suriyalılar liderliyi altında olacağını söyləyib.

360704
Terrorçu təşkilatların Suriyanı yönətmələrinə izn verilməyəcək

  Suriya vətəndaş müharibəsinin həllini tapmaq məqsədiylə Vyanada təşkil edilən beynəlxalq danışıqlardan sonra ABŞ Dövlət katibi Con Keri, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ortaq mətbuat konfransı keçiriblər.

  Keri deyib: “Təkcə Rusiya və İran Suriya prezidenti Bəşər Əsədlə bağlı bizimlə həmfikir deyil. Buna baxmayaraq diplomatik səyləri artırmağa davam edirik. Mən realistəm və bu proseslərin qəliz olduğunu bilirəm".

  ABŞ, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı və İranın da daxil olduğu 17 ölkənin iştirakıyla keçirilən Vyana danışıqlarının yeni diplomatik prosesin ilk addımı olduğunu qeyd edən Con Keri onu da vurğulayıb ki: "Siyasi proses suriyalıların liderliyi altında olacaq. Suriyanın gələcəyinə Suriya xalqı qərar verəcək".

  İştirakçı ölkələrin, eyni zamanda, DEAŞ-la mübarizəsinə də toxunan Keri diqqətə çatdırıb ki, "Hamımız buna bilməliyik ki, DEAŞ və digər terrorçu təşkilatların Suriyanı yönətmələrinə əsla icazə verilə bilməz".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr