Dera şəhərinin yaxınında İsrailə mǝxsus tǝyyarǝ qǝzaya uğrayıb

Yerli mənbələrdən ǝldǝ edilǝn məlumata görə, İsrailin işğalı altındakı Colan Təpələri üzərində uçan İsrailə aid təyyarə, Yermuk Şəhidləri Briqadasının nǝzarǝtindǝ olan Deranın qərbindǝki Havd Yermuk bölgəsində düşüb.

399057
Dera şəhərinin yaxınında İsrailə mǝxsus tǝyyarǝ qǝzaya uğrayıb

Qǝzaya texniki nasazlığın sǝbǝb olduğu iddia edilmǝsinǝ baxmayaraq tǝyyarǝnin pilotunun əsir götürüldüyü bildirilib. Hadisǝ ilǝ bağlı rǝsmi şərh verilmǝyib. 

Qeyd edǝk ki, Suriyadakı müxalif qruplar, Yermuk Şəhidləri Briqadasını, terror təşkilatı DEAŞ-a beyət etməkdǝ ittiham edir. Daha əvvəl Dera çölündə müxtəlif müxalif qruplar ilə Yərmuk Şəhidləri Briqadası arasında qarşıdurma baş vermişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr