Sahibkarlıq sahǝsindǝ aparılan yoxlamalar dayandırılır

Azǝrbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

394363
Sahibkarlıq sahǝsindǝ aparılan yoxlamalar dayandırılır

Azərbaycan Prezidenti İlham Əliyev qanunvericilik təşəbbüsü ilə çıxış edərək, Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib.
Qanun layihəsində qeyd olunub ki, bu il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
Prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr