Rusiyanın Suriyadakı hava əməliyyatları davam edir

Rusiyanın ötən həftə başlatdığı hava əməliyyatları ilk dəfə paytaxt Dəməşqdə də təşkil olunub.

350097
Rusiyanın Suriyadakı hava əməliyyatları davam edir

Rusiya Müdafiə Nazirliyi ölkədəki DEAŞ hədəflərinə qarşı 10 hava hücumu təşkil edildiyini açıqlayıb. Rusiyanın ötən həftə başlatdığı hava əməliyyatları ilk dəfə paytaxt Dəməşqdə də təşkil olunub. Hücumlarda Hələb, Homus və İdliblə bərabər Dəməşq yaxınlığındakı dağlıq ərazi hədəf alınıb.
Digər tərəfdən Suriya Dövlət başçısı Bəşər Əsəd Rusiyanın vətəndaşları və müxalifəti hədəf aldığı əməliyyatlar barədə danışıb. İran telekanallarından birində çıxış edən Əsəd Rusiyanın Suriyada terrorla mübarizəsi müvəffəqiyyətli olmayacağı təqdirdə, bütün bölgənin fəlakətə uğrayacağını iddia edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr