Qarabağın sǝssiz fǝryadı artıq daha çox insana çatdırılacaq

Azǝrbaycan 20 ildǝn artıq zamandır ermǝni işğalı altındakı Dağlıq Qarabağın sǝsini çatdırmaq üçün internet saytı hazırlayıb.

391274
Qarabağın sǝssiz fǝryadı artıq daha çox insana çatdırılacaq

Azǝrbaycan 20 ildǝn artıq zamandır ermǝni işğalı altındakı Dağlıq Qarabağın sǝsini çatdırmaq üçün internet saytı hazırlayıb.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Düşüncə” İctimai Birliyi tərəfindən hazırlanmış “www.dailykarabakh.com” saytının sentyabrın 22-də təqdimatı olub.
Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev təqdimat mərasimində çıxış edərək deyib ki, saytın hazırlanmasında məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Azərbaycan, rus, ingilis, alman və fransız dillərində fəaliyyət göstərəcək saytda Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud durumu, problemin həlli istiqamətində görülən işlərlə bağlı materiallar yerləşdiriləcək. Əsasən xarici dilli internet məkanı üçün nəzərdə tutulan bu saytda Azərbaycanın və dünyanın tanınmış ekspertlərinin, analitik və politoloqların fikirlərinə, məqalələrinə dǝ yer veriləcək.
Qeyd edǝk ki, saytın gǝlǝcǝkdǝ daha çox dildǝ hazırlanması planlaşdırılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr