Aralıq dənizində yenə miqrantlar olan qayıq batıb
Faciə nəticəsində 7 nəfər həyatını itirib, 102-si xilas edilib.
390193
Liviyanın paytaxtı Tripolidən çıxan neft tankeri Aralıq dənizi sahillərində qayıqdan kömək siqnalı alıb və yaxınlaşaraq miqrantları qurtarıb.
Hadisə nəticəsində aralarında bir uşağın da olduğu 7 nəfər həyatını itirib, 102-si xilas edilərək tankerə götürülüb.