"Bu ölkədə türk xalqının varlığını heç kim dana bilməz"

Qıbrızda (Kipr) qalıcı sülhə istiqamətli müzakirələr getdikcə Avropa İttifaqının da gün-gündən adaya marağı artır.

386650
"Bu ölkədə türk xalqının varlığını heç kim dana bilməz"

  Şimali Qıbrız (Kipr) Türk Respublikasının prezidenti Mustafa Akıncı adada görüşdə olan Avropa Komissiyasının sədri Donald Tusk ilə dünən bir araya gəlib.

  Prezident Mustafa Akıncı deyib: “Şimali Qıbrız (Kipr) Türk Respublikasını dünya tanımasa da, bu ölkədə türk xalqının varlığını heç kim inkar edə bilməz”.

  Cənubi Kipr Respublikasındakı bəzi siyasi partiyalara üzünü tutan Akıncı həm də bunları deyib: "Bu sülh prosesi nəticədə bütün Qıbrızı federal bir quruluşda Avropa İttifaqına daşıyacaq bir həll olacaq. Avropa İttifaqında yer alacaq iki ana cəmiyyət, iki dövlət quruluşu yüksək vəzifəli nümayəndələrinin Avropa İttifaqı səlahiyyətliləri ilə görüşü çox təbii haldır."


Etiketlәr:

Әlaqәli Xәbәrlәr