Azərbaycan XİN: "Ermənistanın törətdiyi bu əməl hərbi cinayətidi

Hadisəni "hərbi cinayət" kimi qiymətləndirən Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, Azərbaycanın diplomatik nümayəndəlikləri hadisəni beynəlxalq təşkilatlar qarşısında qaldıracaq.

373683
Azərbaycan XİN: "Ermənistanın törətdiyi bu əməl hərbi cinayətidi

Azərbaycan Xarici İşlər Nazirliyi sentyabrın 1-də Tərtər rayonunun Qapanlı kəndi ərazisində keçirilən toy mərasiminin Erminıstan tərəfindən atəşə tutulmasını şərh edib. Nazirliyin mətbuat katibi “Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindəki mövqelərindən mülki insanların kütləvi şəkildə cəmləşdiyi toy mərasimini qəsddən atəşə tutması və nəticədə aralarında azyaşlı uşağın da olduğu üç nəfər şəxsin yaralanması, Ermənistan tərəfindən növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktıdır. Beynəlxalq cinayət hüququna uyğun olaraq Ermənistan silahlı qüvvələrinin qəsdən törətdiyi bu əməl hərbi cinayətidir” deyə bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr