Yəməndə qarşıdurmalar şiddǝtlǝnib

Yəməndə Husilerle Dövlət Başçısı Mansur Hadi tǝrǝfdaşları arasındakı qarşıdurmalar, Marib şəhərinə yayılıb.

371938
Yəməndə qarşıdurmalar şiddǝtlǝnib

Paytaxt Sananı elektrik və neft ilǝ tǝmin edǝn Marib, hǝm zəngin yeraltı qaynaqlara sahibdir hǝm dǝ strateji baxımdan böyük ǝhǝmiyyǝt daşıyır.
İki tərəfin də yığınak etdiyi şəhər, şiddətli qarşıdurmalara sǝhnǝ olur. Mansur Hadi tǝrǝfdaşlarının Maribi ələ keçirmələri halında Cevf vǝ Husilərin qǝrargahı mövqeyindǝ olan Saada şǝhǝrinǝ yönəlmǝlǝri gözlənilir.
Mansur Hadi tǝdǝfdaşlarına dəstək verǝn Səudiyyə Ərəbistanı liderliyindəki beynəlxalq koalisiya qüvvǝlǝrinin Haccah şəhərində bir şüşə fabrikinǝ tǝşkil etdiyi avia hücum nǝticǝsindǝ 36 işçi hǝyatını itirib.
Koalisiya qüvvələri fabrikin bomba istehsal etdiyi sǝbǝbiylǝ hədəf götürüldüyünü qeyd ediblǝr.
Digər tərəfdən liman şəhəri Ədǝndǝ, hǝyata keçirilǝn sui-qǝsd nǝticǝsindǝ iki təhlükəsizlik müdiri hǝyatını itirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr