Suriyada hava hücumları can itkilərini artırır

Suriya hökumətinin paytaxt Dəməşq ətrafında müxalifətin idarəsindəki bölgələrə istiqamətli hava hücumlarında can itkiləri günbəgün artır.

369395
Suriyada hava hücumları can itkilərini artırır

  Suriya müxalifət qaynaqlarına görə, təkcə son 10 gündə Şərqi Quta və ətrafını hədəf alan hücumlarda ölənlərin sayı 247-yə çatıb ki, bunların 50-dən çoxu uşaqdır. Yaralı sayı isə mini keçib.

  Qeyd edək ki, Suriya hökuməti hava qüvvələrinin bölgəni hədəf alan hücumları 16 avqustdan başlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr