Fələstin dövlǝt başçısı Abbas istefa verdi

Mahmud Abbas Fələstin Azadlıq Təşkilatının sədri vəzifəsini icra etmiyəcək.

339762
Fələstin dövlǝt başçısı Abbas istefa verdi

Fələstin prezidenti Mahmud Abbas Fələstin Azadlıq Təşkilatının sədri vəzifəsindən istefa verib. “Həmas” istefaya sərt reaksiya verib, Abbasın bu addımı “milli ittifaqlardan üz çevirmək” kimi qiymətləndirilib. Məlumata görə, Mahmud Abbasdan başqa daha 9 yüksək vəzifəli məmur istefa qərarı alıb. Fələstin lideri və digər məmurlar istefa qərarını hökumətin iclası zamanı çıxışında elan edib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr