İran Baş qərargah rәisi nüvә razılaşmasına dәstәyini açıqlayıb

İran Baş qərargah rәisi Həsən Firuzabadi, ölkәsi ilә P5 + 1 ölkələri arasında imzalanan nüvə razılaşmasına dәstәyini bildirib.

319191
İran Baş qərargah rәisi nüvә razılaşmasına dәstәyini açıqlayıb

Firuzabadi, razılaşma ilә bağlı verdiyi açıqlamada bәzi qayğılarının olduğunu, ancaq razılaşmanın imtiyazlarının da gözdәn yayındırılmamasının lazım gәldiyini vurğulayıb.
Qeyd edәk İranın dini lideri Əli Xameneyi də, ölkədəki şahinlər tәrәfindәn qərbə qarşı güzәştә gedildiyi sәbәbiylә tənqid olunan razılaşmanı dәstәklәdiyini sәslәndirmişdi.
Digər tərəfdən, İran Xarici İşlər Naziri Cavad Zərif, Perşin hәrbi bazasında fәaliyyәtlәr aparıldığına dair bir Amerikalı araşdırma şirkәtinin irәli sürdüyü iddianı tәkzib edib vә hərbi bazada müşahidә olunan peyk fotoşəkillərinə da əks olunan hərəkətliliyin yol işiylə əlaqədar olduğunu vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr