İsraildə etiraz aksiyası keçirilib

Fələstində bir evә od vurulması nәticәsindә әli Səid adlı 18 aylıq bir körpәnin ölümünә, bütün dünyada olduğu kimi İsraildəki sülh tərəfdarı Yəhudilər dә kәskin reaksiya göstәriblәr.

311172
İsraildə etiraz aksiyası keçirilib

Tәlәvivdə toplanan yüzlərlə nümayişçi, Yəhudi mühacirlər tәrәfindin törәdilәn terrorun qarşısının alınması haqda çağırış ediblәr.
İsrailin 1967-ci ildә işğal etdiyi Fələstin әrazilәrindәn geri çәkilmәsini istәyәn akisyaçılar, söz mövzusu bölgələrdə qeyri-qanuni yəhudi yaşayış mәskәnlәrin tikilmәsi fәaliyyәtinә son qoyulmasını istәyiblәr.
Fələstinli müqavimətçiləri terrorist adlandıran İsrail rəhbərliyinin, yәhudi mühacirlәrin törәtdiklәri terrora biganә qalmasının iki üzlülük olduğunu vurğulayıblar.
Cümə gecəsi İordan Çayının Qәrb Sahilindә bir evә od vurulması nәticәsindә hәyatını itirәn 18 aylıq әli Səid adlı körpәnin әmisi da verdiyi açıqlamada Beynaәlxalq cәmiyyәtә İsrail işğalına qarşı lazımlı addımların atılması barәdә çağırış edib. Aksiyaçılara isә hadisәyә biganә qalmamaları sәbәbiylә minnәtdarlığını bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr