DEAŞ-ın şiәlәrә istiqamәtli hücumları davam edir

DEAŞ-ın şiә mәscidinә hücumunda ölәnlәrin sayı 9 nәfәrә çatıb.

307367
DEAŞ-ın şiәlәrә istiqamәtli hücumları davam edir

Yәmәndә, terror təşkilatı DEAŞ-ın şiəlәrә mәxsus bir məscidә tәşkil etdiklәri hücumda hәyatını itirәnlәrin sayı artıb.
Son məlumatlara görə, hücumda ölənlərin sayı 9-a çatıb. Hadisәdә 6 adam da yaralanıb.
Hücum dünən paytaxt Sananın qərbində yerlәşәn Əl-Harazi Məscidinin qarşısında törәdilib.
Bomba ilә tәchiz edilmiş avtomobilin partladıldığı hadisә nәticәsindә xeyli sayda ev və avtomobilә ziyan dәyib.
Gәrginliyin davam etdiyi Yәmәndә fəaliyyətini artırmağa sәy edәn DEAŞ şiələrə istiqamətli sıx bombalı hücumlar həyata keçirir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr