İran iki yeni nüvə stansiyası tikəcək

İran Atom Enerji İdarəsinin sədri Əli Əkbər Salehi ölkənin tək nüvə stansiyasına ev sahibliyi edən Buşehr şəhərində iki yeni nüvə stansiya inşa edəcəklərini bildirib.

347536
İran iki yeni nüvə stansiyası tikəcək

  İran dövlət televiziyasında çıxışı zamanı Salehi inşa ediləcək reaktorların təxminən 10 milyard dollara başa gələcəyini söyləyib.

  Nüvə müqaviləsindəki Arakdakı ağır su reaktorunun yenidən qurulması və digər nüvə layihələrilə bağlı Çinin səlahiyyətli nümayəndələrilə danışıqlar aparıldığını deyən Salehi Vyanada Çin və ABŞ rəsmilərilə də danışdıqlarını, Pekində İran, Çin və ABŞ arasında üçlü görüş edilməsi barədə razılığa gəldiklərini bildirib.

  Xatırladaq ki, Arakdakı ağır su reaktoru nüvə danışıqlarda anlaşılmazlıq yaradan məqamlardan biri idi. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyadan ibarət 5 + 1 ölkələri İranın atom bombası istehsalında istifadə ediləcək ölçüdə plutonium çıxara biləcəyindən narahat olaraq reaktorün bağlanılmasını və ya yüngül su reaktoruna çevriməyi tələb edirdi.

  Avstriyanın paytaxtı Vyanada imzalanmış nüvə müqaviləsində Arakdakı reaktorun bərpası barədə də razılığa gəlinib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr