Bəhreyn Tehran Səfirini geri çağırıb

İranın Bəhreyndəki Şiələrə dəstəyinin davam edәcәyinә dair sözlәri iki ölkə arasında gәrginliyә sәbәb olub.

384994
Bəhreyn Tehran Səfirini geri çağırıb

Rәsmi Tehranın şәrhindәn sonra Bəhreyn, Tehran səfirini müşavirə üçün geri çağırıb.
Bəhreyn Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, “İranlı səlahiyyətlilərin ölkəmizdə narahatlığı artıran və iki ölkə arasındakı əlaqələrә zәrbә endirәn şərhlərini qınayır vә İranı provokatif hərəkətlərdən imtina etmәyә çağırırıq”. Düşməncə şərhlərin Bəhreyn ilə əlaqələrə heç bir töhvә vermiyәcәyi ifadə edilən açıqlamada, Bәhreynin Tehrandakı sәfirinin "müşavirə" üçün geri çağırıldığı vurğulanıb.
Qedy edәk ki, İranın dini lideri Ayətullah Əli Xameneyi, “nüvə müzakirə mətni təsdiq edilsә dә edilmәsәdә, Suriya hökumətinə, Yəmən və Bəhreyndəki Şiələrə dəstək verməkdən imtina etməyəcəklərini” açıqlamışdı.
Bəhreyn isә 2011-ci ildə Ərəb Baharı prosesi çәrçivәsindә şiələrin qiyamının qarşısını Səudiyyə Ərəbistanının hərbi dəstəyilә almışdı.
Bəhreyn, İranı ölkəsindəki şiəlәri tәhrik etmәk vә silahlandırmaqda ittiham etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr