Birləşmiş Millətlər Təşkilatının İran üçün tarixi qərarı

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası İranla nüvə müzakirələri nəticəsində əldə olunan razılaşmanı təsdiqləyib.

382805
Birləşmiş Millətlər Təşkilatının İran üçün tarixi qərarı

  Edilən yığıncaqda İran ilə P 5 + 1 ölkələri arasında imzalanan müqavilə ratifikasiya edilib, İrana istiqamətli Birləşmiş Millətlər Təşkilatının sanksiyalarını aradan qaldırılan qərar layihəsi səsvermə yolu ilə qəbul olunub.

  Beləliklə, İran nüvə fəaliyyətlərini məhdudlaşdıraraq beynəlxalq yoxlamaya qapı açacaq, qarşılığında isə İrana tətbiq olunan sanksiyalar pilləli olaraq qaldırılacaq.

  Sanksiyaların aradan qalxmasıyla İranın ticarət fəaliyyətlərinin canlanması və bunun İran iqtisadiyyatına illik səmərəsinin 110 milyard dollar olması gözlənilir. Yəni İranın bu yeni dövrdə ildə 7-8 nisbətində böyüməsi, ümumi milli hasılatının 5-6 nisbətində artması nəzərdə tutulur.

  İran neft bazarlarına da sürətlə daxil olacaq.

  Amma əgər İran qaydaları pozarsa, Birləşmiş Millətlər Təşkilatı sanksiyaları avtomatik olaraq geri qaytaracaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr