Çevrilişçi rəhbərlik, Rabia Meydanının adını dəyişdirib

Misirdə, təhlükəsizlik qüvvәlәrinin Avqust 2013-cü ildә çevriliş müxaliflәrinә qanlı müdaxiləsi ilə dünyada tanınan Rabiatul Adəviyyə Meydanının adı, "Hişam Berakat" olaraq dəyişdirilib.

345525

Hökumətin açıqlamasında bildirilib ki, “Nazirlər Kabineti Rabiatul Adəviyyə Meydanına, ötәn ay öldürülən Baş prokuror Hişam Berakatın adının verilməsi" qәrarına gәlib.
Misir Baş prokuroru Berekat, keçən ay, tәşkil edilәn sui-qәsd nәticәsindә yaralı olaraq yerlәşdirildiyi xəstəxanada həyatını itirmişdi.
Misirdə 3 İyul 2013-cü ildә hәyata keçirilәn hərbi çevrilişdәn sonra ölkәdә keçirilәn etiraz aksiyalarının mərkəzi mövqesindəki Rabiatul Adəviyyə Meydanı, təhlükəsizlik qüvvәlәrinin qanlı müdaxiləsinə səhnə olmuşdu. Hadisədə yüzlərlə adam hәyatını itirmiş vә xeyli sayda aksiyaçı isә yaralanmışdı.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr