Taliban üzvü 28 terrorist mǝhv edildi
Taliban üzvlərini hədəf alan əməliyyatda vətəndaşlar zərər görmədi
380798
Əfqanıstanda Amerika ordusuna aid insansız hava vasitələrinin əməliyyatında Taliban üzvü 28 terrorist mǝhv edildi.
Ölkənin şərqindəki Nangarhar şəhərində yığıncaq halındakı Taliban üzvlərini hədəf alan əməliyyatda vətəndaşlar zərər görmədi.
Taliban isə hücumla əlaqədar hələ bir şərh etmədi.
Son dövrlərdə Əfqanıstanın şərq bölgəsində və xüsusilə Nangarhar şəhərində ABŞ qüvvələrinin İHA hücumlarında artım görülür.
Son günlərdə Taliban və DEAŞ üzvü 100-dən çox terrorist bu hücumlarda öldürüldü.