Yunanıstan referenduma hazırlaşır

Avropa İttifaqının islahat paketini rədd edən Yunanıstan referenduma hazırlaşır.

331528
Yunanıstan referenduma hazırlaşır

Avropa İttifaqının islahat paketini rədd edən Yunanıstan referenduma hazırlaşır.
Referendum öncəsi Avropanın müxtəlif şəhərlərində küçələrə axın edən aksiyaçılar yunan xalqına dəstək nümayişi təşkil ediblər.
Küçələrdə "Troykaya Xeyr" şüarları yüksəlib. Birlik və bərabərlik şüarı sǝslǝndirǝn nümayişçilər Yunanıstanı geri addım atmamağa çağırıb.
Brüsselin Mərkəzi Qatar Stansiyasının qarşısında başlayan yürüyüş Teatr Binasının qarşısında sona çatıb.
Avropa Mərkəzi Bankı, Avropa İttifaqı Komissiyası və Beynəlxalq Valyuta Fondunun yaratdığı “Troyka” iş islahatı və pensiya sistemində yeni tənzimləmə tələb edir. Yunan hökuməti isə “Troyka”nın şərtlərini rədd edərək iyulun 5-də referenduma gedəcək.
Yunan xalqını bazar günü "xeyr" səsini verməyə çağıran Baş nazir Alexis Çipras bu səslərlə Avropadan gələn təhdidlərə boyun əyməyəcəklərini söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr