Yunanıstan Maliyyə Nazirindǝn kreditorlara reaksiya

BVF-yə ödəməsi lazım olan borcu qarşılaya bilmǝyǝcǝk.

320803
Yunanıstan Maliyyə Nazirindǝn kreditorlara reaksiya


Yunanıstan Maliyyə Nazirindǝn kreditorlara reaksiya

 

Maliyyə naziri Yanis Varoufakis, İrlandiya milli radiosuna verdiyi müsahibədə, Yunan xalqının artık beynəlxalq kreditorların qəribə tələblərinə boyun əyməyəcəyini bildirib.

Yunanıstana hǝyat şansı vermǝyǝn hər hansı borc həllini qəbul etməyəcəyini ifadə edən Varoufakis, ölkəsinin avro bölgəsində qalmağda qəti qərarlı olduğunu vurğuladı.

Avro bölgəsi maliyyə nazirlərinin Yunanıstandakı maliyyə böhranının həll olması məqsədiylə təqdim etdiyi planın müzakirəsindǝn nəticə çıxmamışdı.

Yunanıstan Kreditorların qurtarma paketindəki 7,2 milyard avronu sərbəst buraxmaması halında bu ay sonuna qədər BVF-yə ödəməsi lazım olan 1,6 milyard avro borcu qarşılaya bilmǝyǝcǝk.

Kreditorlar Yunanıstanda lazımlı islahatların hǝtata keçmǝsini arzularkǝn Afina acı bir sondan çəkinir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr