İraqda 38 DEAŞ terrroçusu öldürülüb

ABŞ liderliyindəki beynəlxalq koalisiyaya aid təyyarələr İraqın Felluce və Mosul vilayətlərində terror təşkilatı DEAŞ-a qarşı hərbi əməliyyatlar təşkil edərək Fellucedə 31, Mosulun Necmi kəndində isə 7 DEAŞ terrorçusu öldürüblər.

325566
İraqda 38 DEAŞ terrroçusu öldürülüb

  Paytaxt Bağdad isə bombalı hücumla sarsılıb. Eş-Şabi bazarı yaxınlığında yol kənarına buraxılmış bomba yüklü vasitənin partlaması nəticəsində 2 nəfər ölüb, 7-si yaralanıb.

  Paytaxtın cənubundakı Əl-Beyya sənaye bölgəsi və Əl-Mədaində olan bombalı hücumda isə 3 adam ölüb, 20-si yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr