"Ölkədə federasiya qurulmasına icazə verilməyəcək", P.Poroşenko

İslahatlar Milli Şurası konfransında etdiyi çıxışında ölkəsinin unitar bir quruluşa malik olduğunu bildirən Ukrayna prezidenti Petro Poroşenko deyib:

316381
"Ölkədə federasiya qurulmasına icazə verilməyəcək", P.Poroşenko

  "Hər hansı bir federasiyaya icazə verilməyəcək! Müdafiə, təhlükəsizlik, ictimai nizam və xarici əlaqələr kimi dövlət rəhbərliyinin bütövlüyünü və zəncirini təmin edən kilid mövzular mütləq dövlətin səlahiyyəti daxilində qalacaq!"

  Poroşenko, eyni zamanda, Donetsk, Luqansk, Xarkov, Besarabya adlarıyla respublikalar yaradılmasına icazə verilməyəcəyini, buna səy göstərənlərə o saat sərt qarşılıq olacağını deyib.

  Qeyd edək ki, keçən ildən bu yana hökumətə qarşı müqavimətini davam etdirən şərqdəki Rusiya tərəfdarları Ukraynanın federal bir quruluşa malik olması və özlərinə muxtariyyət verilməsini tələb edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr