Kıbrısda danışıqlar davam edir

Barış Bürc Kıbrıs probleminin həll yollarına dair bütün məsələlərin müzakirəyə hazır olduğunu deyib.

316521
Kıbrısda danışıqlar davam edir

Şimali Kıbrıs Türk Cümhuriyyeti prezidentinin sözçüsü Barış Bürc dəqiq tarix bəlli olmamasına baxmayaraq sürətli və məhsuldar bir dövr üçün nəzərdə tutulan Kıbrıs probleminin həll yollarına dair bütün məsələlərin müzakirəyə hazır olduğunu deyib.
Müzakirələrdə ən çətin məqamların yaşanacağı maddələrdən biri torpaq mübadiləsidir. Sözçü, bu günə qədər "torpaq" başlığı altında hər hansı bir xəritə üzərində iş aparılmadığını söyləyib.
Torpaq və zəmanət məsələsinin qarşıdakı dövrdə də müzakirə ediləcəyini ifadə edən Barış Bürc prezident Mustafa Akıncının sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş katibi və bütün zaminləri ilə birlikdə bir toplantı keçirilməsini arzu etdiyini deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr