Ukraynadan Rusiyaya nota

Ukrayna Rusiya tərəfdarı olan separatçılara qarşı hərbi əməliyyatların sürdüyü ölkənin şərqində iki Rusiya ordusu əsgərini tutub və Moskvaya nota göndərib.

281018
Ukraynadan Rusiyaya nota

  Ukrayna Xarici İşlər Nazirliyi Ukrayna torpaqlarında Rusiya əsgərlərinin olmasının Minsk razılaşmasına və beynəlxalq hüquqa zidd olduğunu bildirib.

  Ukrayna Təhlükəsizlik Xidməti müalicə olunan Rusiya əsgərlərini jurnalistlərə göstərib və onların 16 mayda ölkənin şərqindəki Luqansk şəhəri yaxınlığında həbs olunduğunu, sonra müalicə üçün Kiyevə hərbi xəstəxanaya göndərildiyini nəzərə çatdırıb.

  Ukrayna Xarici İşlər Nazirliyi həbs olunan əsgərlərlə əlaqədar istintaqın davam etdiyini və iki əsgərin ictimaiyyətə açıq şəkildə mühakimə olunacağını bildirib.

  Verilən məlumata görə, Rusiyalı əsgərlər döyüş əsiri və ya əsir statusunda mühakimə olunmayacaq, vətəndaşlara və Ukrayna ordusuna qarşı terror hücumu iddiasıyla hakim qarşısında duracaq.

  Rusiya tərəfi əsgərlərlə danışmaq istədiyini bildirib.

  Bu hadisə baş versə də, Ukraynanın şərqində yenə Rusiya əsgərlərilə qarşıdurma xəbərləri gəlib.

  Xatırladaq ki, Luqanskda olan münaqişədə 4 Ukrayna hərbçisi həyatını dəyişib, 2 əsgər isə yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr