Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başla

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edib

279655
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başla

“Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" devizi altında keçirilən forumda mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı plenar sessiyaları keçiriləcək. Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi Tədbirdə Türkiyəni Mədəniyyət nazirinin müavini Abdurrahman Arıcı təmsil edib. Forumda BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, UNESCO-nun baş direktoru irina Bokova, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad bin Amin Medeni ilə yanaşı müxtəlif təşkilatların nümayəndələri də iştirak edib. Bir çox ölkədən 500-dən çox nümayəndənin qatıldığı forum 2 gün davam edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr