İraqda paytaxt Bağdad vǝ Ərbildǝ terror aktları

Hücumlar zamanı 2-si Türk olmaqla 43 nefer heyatını itirib.

240199
İraqda paytaxt Bağdad vǝ Ərbildǝ terror aktları

Hücumlar zamanı 2-si Türk olmaqla 43 nefer heyatını itirib.
Әrbil şəhərində ABŞ konsulluğunun qarşısında partlayış törədilib. Partlayış nəticəsində ikisi Türk üç nəfər ölüb, 5-i Türk 10 nəfər yaralanıb. Hücum zamanı ölən Türk vətəndaşları Sadəddin Şan ilə Bülənd Önənin ailələrinin cənazələri almaq üzrə Әrbilə getdikləri bildirilib. Hadisǝnin mǝsuliyyǝtini DAİŞ üzǝrinǝ götürüb.
İlkin ehtimala görə, hədəfdə konsulluğun əməkdaşları olub. Partlayıcı maddənin konsulluğun qarşısında saxlanmış avtomobildə işə düşdüyü bildirilir. Partlayışda Konsulluq ǝmǝkdaşlarının zǝrǝr görmǝdiyi bildirilib.
Digǝr tǝrǝfdǝn Bağdadda hǝyata keçirilǝn 5 ayrı bombalı hücumda ǝn azı 40 nǝfǝr ölüb, 100-dǝn artıq insan isǝ yaralanıb. Bombaların hǝdǝfindǝ Bağdadın şiǝ mǝhǝllǝlǝri ilǝ DAİŞ-ǝ qarşı toqquşan sünni Sahva briqadalarının olduğu bildirilib. Hücumları DAİŞ terror tǝşkilatının hǝyata keçirdiyi iddia edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr