Әfqanıstanda qanlı hücum

Taliban silahlılarla Әfqan təhlükəsizlik qüvvәlәri arasında güclü qarşıdurma baş verib.

234446
Әfqanıstanda  qanlı hücum

Əfqanıstanda terror tәşkilatı talibana qarşı mübarizә davam edir.
Bәdәxşan vilayətində Taliban silahlılarla Әfqan təhlükəsizlik qüvvәlәri arasında baş verәn qarşıdurmada 30 nәfәr hәyatını itirib.
Əfqan rәsmilәrin mәlumatına görә, Taliban yaraqlıları tәrәfindәn çox sayda polis mәntәqәsinә eyni vaxtda tәşkil edilәn hücumlardan sonra baş verәn qarşıdurmada 21 taliban vә 9 polis ölüb. Qarşıdurmadan sonra 8 əsgər itkin düşüb.

Terror tәşkilatı Talibanın sözçüsü qarşıdurmada 49 əsgər və polisin öldüyünü, 42- nin isә yaralandığını irәli sürüb.
Qeyd edәk ki, Taliban, ölkәdәki xarici qüvvәlәr 2014 –cü ilin sonunda ayrıldıqdan sonra hökumət binalarına istiqamәtli hücumlarını artırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr