Sərhəd Qapısına nәzarәt müxaliflərin әlinә keçib

Suriyada qarşıdurma bölgələrində müxaliflərin irəliləyişi davam edir.

221363
Sərhəd Qapısına nәzarәt müxaliflərin әlinә keçib

Suriyada qarşıdurma bölgələrində müxaliflərin irəliləyişi davam edir.
Suriya-İordaniya sərhəd xəttində Əsəd rejiminin nәzarәtindә qalan vә son bölgə olan Nasib (Cabir) sərhəd qapısına nәzarәtin müxaliflərin əlinə keçmәsiylә Əsəd rejiminin İordani ilә qurudan әlaqәsi kәsilib. Nәzarәti әlә keçirilәn Sərhəd qapısında, Suriya inqilab bayrağı dalğalanmağa başlayıb.
Qeyd edәk ki, Strateji әhәmiyyәtә sahib Nәsib qapısına nәzarәtin әlә keçirilmәsi, Əsəd rejiminin son aylarda aldığı әn әhәmiyyәtli zәrbә olaraq xarekterizә edilir.
Digər tərəfdən paytaxt Dәmeşqdә Fələstinli qaçqınların yaşadığı Yərmuk düşərgəsində terror tәşkilatı DAİŞ mәnsubu silahlılar müxalif qüvvələrə hücum ediblәr. Böyük hissәsinә nәzarәtin DAİŞ-in әlinә keçәn düşərgəyә , Əsəd qırıcıları tәrәfindәn bomba yağdırılır.
Müxalifətin hakimiyyətindəki Yermuk Qaçqın düşərgəsi, 3 ildən bәridir Əsəd güclərinin mühasirәsi altındadır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr