31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 97 il ötür.

288812
31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 97 il ötür.
31 Mart Azərbaycanlıların Soyqırımı günü münasibətilə Avropa İttifaqının paytaxtı Brüsseldə etiraz aksiyası keçirilib.
Avropanın müxtəlif şəhərlərindən gələn Türklər, Azərbaycan və Türkiyə bayraqları dalğalandıraraq "Avropa əsl soyqırımı tanı" şüarı səsləndirib.
Azərbaycan və Türkiyənin şərqində törədilən erməni vəhşiliklərini bir daha xatırlatmaq istəyənlər Avropa Parlamentinin qarşısındaki Lüksemburq Meydanına toplaşıb.
Aksiya iştirakçıları, Ermənistanın Martın 31-i 1918-ci ildə Ermənilərin Azərbaycanlılara qarşı törətdikləri soyqırım faktını Avropalılara bir daha xatırladıb.
Daha sonra Ermənistan səfirliyi qarşısına gələn aksiyaçılar: "Bütün dünya 31 Mart soyqırımını tanısın. Ermənilər torpaqlarımızdan çıxarılsın. Biz haqq və ədalət tələb edirik " şüarları səsləndiriblər.
Aksiya iştirakçıları Avropa Parlamentinə ünvanladığı məktubun bir nüsxəsini də Ermənistan səfirliyinə verib.
Məktubda Ermənistanın işğal etdiyi torpaqlardan çıxması, 1 milyondan çox Azerbaycanlı qaçqın və məcburı köçkünlərin öz doğma torpaqlarına qaytarılması, Xocalı soyqırımının rəsmən tanınması və Türkiyəyə qarşı iddialarından geri çəkilmələri tələbi yer alıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr