Nüvә müzakirәlәrindә ortaq mәxrәc

İran ilə davam edәn nüvə müzakirələrinin razılaşma ilә nәticәlәnәcәyinә inanıram.

286927
Nüvә müzakirәlәrindә ortaq  mәxrәc

İran ilə davam edәn nüvə müzakirələrinin razılaşma ilә nәticәlәnәcәyinә inanıram. Bunu İngiltərə Xarici İşlər Naziri Philip Hammond deyib.
İsveçrənin Lozanna şəhərində, İran ilə 5 + 1 ölkələri arasında baş tutan nüvə danışıqlarına qatılan Hammond, "Bu razılaşma, hər kəsin mənfəətinə olacaq. İranın nüvə silah әldә etmәsinin qarşısını alacaq bir razılaşma olmalıdır. Bu mövzuda güzəştə getmәk olmaz " deyә vurğulayıb.
Avropa İttifaqınin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrә Ali Nümayəndəsi Federica Mogherini dә Lozannada verdiyi açıqlamada bildirib ki, “razılaşma olacağına dair ümidlәrimiz artıb. Ancaq bәzi fikir fәrqliliklәri hәlә dә davam edir”.
Almaniya xarici işlər naziri Frank Valter Steinmeier isə İran ilə nüvə müzakirələri Alp dağlarının zirvәsinә çıxmağa bәnzәdәrәk, "10-12 illik danışıqlar nәticәsindә oyunun sonuna yaxınlaşdıq"deyib.
İran ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Rusiya, İngiltərə, Fransa və Çin ilə Almaniyadan ibarət 5 + 1 ölkələri arasında davam edәn nüvə danışıqlarında 31 Marta qədər razılıq әldә edilmәsi planlaşdırılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr