İsrail əsgərləri yenə fələstinliləri nəzarətə götürüb

Fələstin Əsirlər Cəmiyyətinin verdiyi yazılı müraciətdə bildirilir ki, “İsrail əsgərləri Qərbi Şəriyənin Ramallah şəhəri yaxınlığındakı Abveyn kəndində fələstinlilərin evlərinə basqın edərək 13, Əl-Xəlil şəhərində 2 və Cenində 1 adamı nəzarətə alıblar.”

287869
İsrail əsgərləri yenə fələstinliləri nəzarətə götürüb

  İsrail radiosu isə məlumatı belə verib ki, “Qərbi Şəriyədə "təhlükəsizlik gücləri tərəfindən axtarılan" 15 fələstinli nəzarətə götürülüb.”

  Qeyd edək ki, İsrail əsgərləri Qərbi Şəriyə və Qüdsdə müxtəlif ittihamlarla tez-tez fələstinlilərin evlərinə basqınlar edərək insanları əsir götürürlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr