Paytaxt Sanaya bombalar yağır

Yəməndə Səudiyyə Ərəbistanı liderliyində Husilərə istiqamətli əməliyyat üzrə paytaxt Sanaya bombalar atılır.

284315
Paytaxt Sanaya bombalar yağır

  Koalisiya təyyarələri Maghreb vilayətində və paytaxt Sanada Husilərə aid hərbi hədəfləri vurub, bir radar stansiyasını məhv edib.

  Paytaxt Sanada Husilərin əlində olan prezident sarayı da vurulan hədəflər arasındadır.

  Bombardman beynəlxalq hava limanı və ətrafdakı evlərə də ziyan vurub. 39 adam ölüb.

  Şəhərdə hava hücumlarına qarşı etiraz nümayişləri keçirilir. Xalqın bir qismi şəhəri tərk etməkdədir.

  Husi lideri Əbdülməlik Husi radikal qrupların keçən həftə paytaxt Sanada 2 məscidə hücumu zamanı 150-yə yaxın adamın öldüyünü xatırladaraq cənuba irəliləməkdən başqa çarələri qalmadığını deyib.

  Əbdülməlik Husi həm də onu bildirib ki, “Səudiyyə Ərəbistanı, Amerika Birləşmiş Ştatları və İsrail Yəməni işğal etmək istəyir”.

  Fransa xəbər agentliyi AFP-nin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Müdafiə naziri Adeni almağa çalışan və Husilərlə birlikdə hərəkət edən köhnə Yəmən prezidenti Əli Abdullah Salehin oğluna cənuba irəliləməyi davam etdirdikləri təqdirdə Səudiyyə təyyarələrilə məhv ediləcəkləri xəbərdarlığı edilib.

  Yəmən prezidenti Mənsur Hadi isə səudiyyəlilər tərəfindən hava yolu ilə Riyada aparılıb. Hadinin Misirin Şarm Əl-Şeyx şəhərində sabah başlayacaq Ərəb Birliyi zirvəsinə qatılması gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr