Ukraynada iki yüksәk vәzifәli işçi hәps olunub

Ukraynada Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəhbəri Sergey Boçkovski ilə müavini Vasili Stoyetski li hәbs olunub.

281322
 Ukraynada iki yüksәk vәzifәli işçi  hәps olunub

Ukraynada nazirlәr kabineti ilcasının davam etdiyi әsnada zala daxil olan hüquq mühafizә orqanlarının әmәkdaşları, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəhbəri Sergey Boçkovski ilə onun müavini Vasili Stoyetskini qollarına qandal keçirib və aparıblar. Onlar Ukrayna xaricində qeyri-qanuni olaraq valyuta hesabları açmaq və ya istifadə etməkdə günahlandırılır.

Belə ki, Boçkovski və Stoyetski özəl şirkətlərdən süni olaraq yüksək göstərilən qiymətlərlə yanacaq alaraq, vəsait köçürülərkən həmin vəsaitin bir hissəsini öz şəxsi hesablarına keçirməkdə ittiham olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr