Terror tǝşkilatı DEAŞ Tikrit ǝmǝliyyatlarına görǝ çǝtin günlər
Terror tǝşkilatı DEAŞ, İraq ordusunun, milislǝr ilǝ iranlı tǝhlükǝsizlik qüvvǝlǝrinin dǝ dǝstǝklǝdiyi Tikrit ǝmǝliyyatlarına görǝ çǝtin günlǝr yaşayır.
Terror tǝşkilatı DEAŞ, İraq ordusunun, milislǝr ilǝ iranlı tǝhlükǝsizlik qüvvǝlǝrinin dǝ dǝstǝklǝdiyi Tikrit ǝmǝliyyatlarına görǝ çǝtin günlǝr yaşayır.
30 minǝ yaxın qüvvǝnin mühasirǝyǝ aldığı şǝhǝrdǝ müqavimǝt göstǝrǝn DEAŞ üzvü terrorçular, ǝmǝliyyatda helikopterlǝrdǝn istifadǝ edilmǝsinǝ manǝ olmaq üçün şǝhǝrǝ yaxın neft quyularına od vurub yandırır.
4 gündür davam edǝn ǝmǝliyyat, Tikritdǝ dinc ǝhali arasında narahatlıq doğurub.
BMT mühasirǝdǝki şǝhǝri tǝrk etdiyi güman edilǝn minlǝrlǝ insana humanitar yardım daşıyan maşınlar göndǝrib.
Tikriti ǝlǝ keçirmǝyi mǝqsǝd götürǝn ǝmǝliyyata hǝrbi sahǝdǝ dǝstǝk vermǝyǝn ABŞ-ın isǝ, İraqın ikinci böyük şǝhǝri Mosulun gǝri qaytarılması üçün daha geniş bir ǝmǝliyyat başladılması ilǝ havadan hücumlara qatılacağı gözlǝnilir.
Digǝr tǝrǝfdǝn, Sǝudiyǝ Әrǝbistanıda olan amerikalı hǝmkarı Con Kerri ilǝ Riyadda bir araya gǝlǝn şahzadǝ Suud Әl Faysal, DEAŞ-a qarşı mübarizǝdǝ quru qoşunlarından istifadǝ edilmǝsini istǝyib.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...