Edamların dayandırılması üçün  səylər

248774
Edamların dayandırılması üçün  səylər

İnsan Hakları Aktivistləri agentliyi Hrananın xəbərinə görə, Kərəc şəhərindəki Rəca-i Şehr həbsxanasında 6 Sünni Kürd Hamid Əhmədi, Kamal Molla, Cəmşid Dehkani, Cahangir Dehkani, Sadiq Məhəmmədi və Seyyid Hadi Hüseyni yerli saatla səhər 04.00 radələrində asılaraq edam edildi.
Səhər vaxtlarında həbsxanadan iki təcili yardımın çıxmasını görən məhbus qohumları həbsxana səlahiyyətlilərindən 6 nəfərin edam edildiyini öyrəndiklərini, cənazələrin təslim edilməsi üçün gözlədiklərini söylədilər.
Edamların dayandırılması üçün göstərilən səylər
Dünən, məhbusların edamdan əvvəl bir nəfərlik hücrələrə yatmalarını və ailələri ilə son dəfə görüştürüləcəkləri xəbərindən sonra ölkə daxili və xaricindəki bir çox insan hüquqları təşkilatı, edamın dayandırılması üçün müxtəlif cəhdlər göstəmişlər, məhbus yaxınları da Rəca-i Şehr həbsxanası qarşısında gözləməyə başlamışlar.
Digər tərəfdən, eyni həbsxanada olan 70 Sünni məhbus, 6 nəfərin edamlarının dayandırılması üçün aclıq aksiyasına başladıqlarını çatdırmışlar. Edamların həyata keçdikden sonra həbsxanadakı gərginliyin artdığı ifadə edilir.
Yenə edamların dayandırılması üçün ölkənin tanınmış Sünni alimlərindən Mövlana Məhəmməd Hüseyn Gergiç və ölkədəki Əhli-Sünnə ictimaiyyətinin öndə gedənləri, idarəçilərə xitab olaraq qələmə aldıqları məktubda 6 nəfərin əff edilmesini istəmişlər, Beynəlxalq Əfv Təşkilatı də bu edamların dayandırılmasını istəmişdi.
İddialar
Hamid Əhmədi, Kamal Molla, Cəmşid və Cahangir Dehkani Mütəxəssislər Məclisi Kürdüstan Əyaləti köhnə üzvü Mamosta Molla Məhəmməd Şeyxulislamı öldürməklə iddiham edilirlərdi. Beynəlxalq Əfv Təşkilatı, "Bu məhkumlar Şeyxulislamın öldürülməsindən iki ay əvvəl nəzarətə alındıqlarını, tək günahlarının məzhəb təbliğində və sülh fəaliyyətlərində olmaq olduğunu iddia edirlər"
2009-ci ildə nəzarətə alınan Sadiq Məhəmmədi və Seyyid Hadi Hüseyni isə Sələfi qruplarla əlaqəli olduqları iddiasıyla edama məhkum edilmişdilər. Edam edilən bu 2 adamın hansı qruplarla əlaqəli olduğu açıklanmamıştı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr