Dǝrviş Әroğlu, Xocalı qǝtliamının 23-cü ildönümü ilǝ ǝlaqǝdar ol

Şimali Kıbrıs Türk Cümhuriyyǝti prezidenti Dǝrviş Әroğlu, Xocalı qǝtliamının 23-cü ildönümü ilǝ ǝlaqǝdar olaraq Azǝrbaycan prezidenti İlham Әliyevǝ mesaj göndǝrib.

240872

Әroğlu mesajında deyib ki, Kıbrıs Türk xalqı olaraq Azǝrbaycanlı qardaşlarımızın qǝhrǝmancasına vǝ şǝrǝflǝ apardıqları azadlıq, müstǝqillik vǝ dövlǝt qurma mübarizǝsini yaxından izlǝyir, uğurları ilǝ qürur duyuruq.
Prezident Әroğlu bunları da deyib ki, ermǝnilǝrin Xocalıda qardaşlarımıza tǝtbiq etdiklǝri qǝtliam sizlǝr kimi bǝzi dǝ üzdü. Xocalı qǝtliamının 23-cü ildönümündǝ şǝhid olan qardaşlarımızı bir daha rǝhmǝtlǝ anır, Qarabağ problǝminin tǝcili olaraq sizin haqlı istǝklǝriniz çǝrçivǝsindǝ hǝll edilmǝsini arzu edirik. “Azǝrbaycan, Türkiyǝ vǝ Şimali Kıbrıs Türk Cümhuriyyǝti bir millǝtin üç dövlǝtidir. Biz hǝr zaman birik, bǝrabǝrik”-deyǝ Әrdoğlu vurğulayıb.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr